Akif Çovdarovun cinayət işində zərərçəkmiş şirkət rəhbərinin həbs müddəti artırıldı


Digərləri 18 Okt 2018 10:12:00 260 0

Akif Çovdarovun cinayət işində zərərçəkmiş şirkət rəhbərinin həbs müddəti artırıldı

Binəqədi Rayon Məhkəməsində "Yeni Yasamal" Mənzil-Tikinti Kooperativinin sədri Cahangir Alışov və onun səlahiyyətli nümayəndəsi-hüquqşünas Habil Fətəliyevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Abbas Rzayevun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib.

Hər iki şəxsin həbs müddəti daha 3 ay uzadılıb.