Dövlət Turizm Agentliyi bir neçə ölkədə nümayəndəlik açmaq istəyir


Digərləri 18 Okt 2018 09:59:09 201 0

Dövlət Turizm Agentliyi bir neçə ölkədə nümayəndəlik açmaq istəyir

Dövlət Turizm Agentliyi bir neçə ölkədə nümayəndəlik açmaq istəyir.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanın turizm potensialının bütün dünyaya tanıdılması üçün səylərimizi artırmalıyıq. Trend-in məlumatına görə, bunu Milli Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev deyib. F.Nağıyev qeyd edib ki, bu ilin aprel ayında təsis edilən Agentlik ötən aylar ərzində xeyli iş görə bilib: "Biz öhdəmizə düşən məsuliyyətin fərqindəyik və öz işimizi qurmuşuq".