Göyçayda yeşik sexlərində icazəsiz əldə edilmiş meşə materialı aşkarlanıb


Digərləri 18 Okt 2018 09:31:00 237 0

Göyçayda yeşik sexlərində icazəsiz əldə edilmiş meşə materialı aşkarlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində reyd keçirilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində reyd keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı Göyçay rayonu ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexlərdə icazəsiz yolla əldə edilmiş ümumilikdə 9,0 kub.m həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.