İran Mərkəzi Bankı noyabr sanksiyalarınadək SWIFT-dən çıxmağa çalışır


Digərləri 18 Okt 2018 09:22:38 241 0

İran Mərkəzi Bankı noyabr sanksiyalarınadək SWIFT-dən çıxmağa çalışır

İranın Mərkəzi Bankı digər maliyyə sisteminə keçməyə çalışır.

Bakı. Elnur Bağışov - İranın Mərkəzi Bankı noyabr sanksiyaları tətbiq olunanadək beynəlxalq banklararası hesablaşma və məlumat mübadiləsi sistemi olan SWIFT-dən çıxmağa və digər maliyyə sisteminə keçməyə çalışır. Trend-in məlumatına görə, İran Mərkəzi Bankının rəsmisi bildirib ki, Mərkəzi Bankın ABŞ-ın Xəzinədarlıq Departamentinin sanksiyalar tətbiq etməsindən sonra bank əlaqələrini davam etdirmək istiqamətində SWIFT-dən çıxmaq və alternativ sistemə daxil olmaq proqramı var: