Ən sürətli kamera yaradılıb


Digərləri 18 Okt 2018 08:31:00 217 0

Ən sürətli kamera yaradılıb

ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun və Kanadanın Kvebek Universitetinin tədqiqatçıları dünyanın ən sürətli kamerasını icad ediblər.

Son.az ICTnews-a istinadən bildirir ki, "T-CUP" qurğusu saniyədə təxminən 10 trilyon kadr çəkir və vaxtı dayandıraraq kosmosda işıq şüasının hərəkətinə yubadılmış tempdə baxmağa imkan verir. Qeyri-adi kameranın işi sıxılmış sürətli fotoqrafiya (CUP) adlandırılan texnologiyaya əsaslanır. O, saniyədə milyardlarla kadr, eləcə də adi statik təsvirlər çəkə bilir. "T-CUP" 2015-ci ildə saniyədə 4,4 trilyon kadr çəkən kameranın müəyyənləşdirdiyi sürət rekordunu yeniləyib.