Android üçün yeni təhlükəli virus aşkarlanıb


Digərləri 18 Okt 2018 08:35:00 229 0

Android üçün yeni təhlükəli virus aşkarlanıb

"Cisco" şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə ekspertləri "Android" əməliyyat sistemi üçün yeni fırıldaqçı virus aşkarlayıblar. Bu barədə şirkətin bloqunda deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, mütəxəssislər tərəfindən "Gplayed" adlandırılan təhlükəli proqramın yaradılmasında cinayətkarlar rəsmi "Google Play" əlavəsinin surətini çıxararaq istifadə ediblər. Yüklənmədən sonra qurğunun ekranında "Google Play Marketplace" imzası ilə işarə görünüb.

Məlumata görə, inzibatçılıq hüquqlarına malik proqram kibercinayətkarlara qurğunu məsafədən idarə etməyə imkan verib. Onlar müstəqil şəkildə qurğunu bloklaya və ya onu zənglərin edilməsi və ya bildirişlərin göndərilməsi üçün istifadə edə biliblər. Qurğunun yaddaşında saxlanılan informasiya ilə yanaşı, əlavə ödəniş məlumatlarını oğurlayır.