Apple musiqi seçimini dəqiq müəyyənləşdirəcək


Digərləri 18 Okt 2018 08:21:00 221 0

Apple musiqi seçimini dəqiq müəyyənləşdirəcək

ABŞ-ın "Apple" şirkəti istifadəçilərin musiqi seçimlərinin təhlili ilə məşğul olan "Asaii" şirkətini satın alıb. Bu haqda "Reuters" agentliyi məlumat yayıb.   Son.az ICTnews-a istinadən bildirir ki, ekspertlərin fikrincə, bu halda "Apple" istifadəçilərə onların zövqünə uyğun olaraq musiqi seçimi üzrə daha yaxşı tövsiyələr verə biləcək.   "Asaii" şirkəti "Apple Music", "YouTube", "SoundCloud" və "Spotify" xidmətləri daxil olmaqla populyar sosial şəbəkələrdəki məlumatların təhlili üzrə ixtisaslaşıb.