Azərbaycanda arı yeşikləri daşıyan maşınlara xüsusi yol nişanlarının vurulması təklif edilir


Digərləri 18 Okt 2018 08:27:00 287 0

Azərbaycanda arı yeşikləri daşıyan maşınlara xüsusi yol nişanlarının vurulması təklif edilir

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycanda yerli damazlıq arı sortlarının artırılması üçün "Arıçılıq haqqında" qanuna müəyyən dəyişikliklərin edilməsi üçün təkliflər hazırlanır.

Son.az Trend-ə istinadən bildirir ki, V.Hüseynov qeyd edib ki, nazir İnam Kərimovla görüşən Azərbaycan Arıçılar Assosiasiyanın üzvləri arıçılığın inkişafına dəstək verən 10-dan çox təklif səsləndiriblər. Arıçılar arıçılıq üçün lazım olan yeşiklərin, pətəklərin, taraların Azərbaycanda istehsalının təşkilini, arılar üçün dərmanların gətirilməsi, arıçılıq üçün xüsusi laboratoriyanın qurulması, arı xəstəliklərinə qarşı mübarizə işinin təşkili, arıçılar üçün təlimlərin keçirilməsi kimi məsələri təklif ediblər.

Arıçıların təklif etdiyi əsas məsələlərdən biri də arı yeşiklərinin gəzdirilməsi zamanı nəqliyyat vasitələri üçün xüsusi şəraitin yaradılmasını, belə maşınlara xüsusi yol nişanlarının verilməsi, onların təhlükəsizliyinin təmini olub: