BMTnin baş katibi Suriya üzrə yeni xüsusi nümayəndə tapmaq üçün dərhal məsləhətləşmələrə başlayacaq


Dünya 18 Okt 2018 08:28:00 232 0

BMTnin baş katibi Suriya üzrə yeni xüsusi nümayəndə tapmaq üçün dərhal məsləhətləşmələrə başlayacaq

BMT-nin baş katibi Antoniu Quterreş Staffan de Misturanın yerinə Suriya üzrə yeni xüsusi nümayəndə tapmaq üçün dərhal məsləhətləşmələrə başlayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjariik brifinq zamanı bildirib.

S.Cüjarrik deyib: "O, Suriya üzrə yeni xüsusi nümayəndə tapmaq üçün təcili məsləhətləşmələrə başlayacaq. Biz məsləhətləşmələrin başlaması üzərində fəal işləyirik, bu məsələnin nə qədər zaman alacağını demək çətindir. Lakin baş katib Suriya münaqişəsinin nizamlanması üzrə işə böyük ara verməmək üçün bu məsəsləni mümkün qədər tez həll etmək niyyətindədir".