Füruidin nədir?


Digərləri 18 Okt 2018 07:51:00 614 0

Füruidin nədir?

Əgər İslam dinini bir ağaca bənzətsək, əqidə əsaslarını təşkil edən üsuli-din onun köklərini, əməli prinsiplər olan fürui-din isə onun budaqlarını təmsil edər. Fürui-din İslam əqidəsinin əməldə təcəssümüdür. Fürui-dinə əməl edən adam sözün əsil mənasında mömin müsəlman sayılar.

İslam.az-ın məlumatına əsasən, şiə əqidəsinə görə, fürui-din 10 maddədən ibarətdir: namaz, oruc, həcc, xüms, zəkat, cihad, əmr bil-məruf (insanları yaxşı işlərə təşviq etmək), nəhy ənil-münkər (insanları pis işlərdən çəkindirmək), təvəlla (Allahın dostlarını sevmək) və təbərra (Allahın düşmənləri ilə düşmən olmaq).