Şəriət məsələlərində ehtiyata əməl etmək nə deməkdir?


Digərləri 18 Okt 2018 07:31:00 247 0

Şəriət məsələlərində ehtiyata əməl etmək nə deməkdir?

Şəriət hökmlərinə əməl etmək baxımından insan üç yoldan birini seçməlidir. Ya özü müctəhid olmalı və şəriət hökmlərini əsaslandırmağı bacarmalıdır. Ya elmli bir müctəhidə təqlid etməlidir. Ya da ehtiyata əməl etməlidir. Ehtiyata əməl etməyin mənası odur ki, insan hər bir şəriət məsələsi barədə keçmiş və hazırki müctəhidlərin fətvalarını öyrənməli, sonra bunların arasından ehtiyata ən uyğun olanını ayırd edib, onu əsas tutmalıdır. Əgər hər hansı məsələ barədə bütün müctəhidlər halal fətvası verib, yalnız biri haram fətvası verirsə, ehtiyata əməl edən şəxs həmin əməli haram saymalıdır. Yaxud hər hansı əməli bütün müctəhidlər müstəhəb sayıb, yalnız bir müctəhid vacib elan edirsə, ehtiyata əməl edən şəxs həmin əməli vacib qəbul edib yerinə yetirməlidir. Göründüyü kimi, ehtiyata əməl etmək çox çətindir. İnsan gərək həm bütün alimlərin fikrini öyrənsin, həm də real çətinlikləri olan yolla getsin. Ona görə də ən rahat yol elmli müctəhidə təqlid etməkdir.