Kür su nə deməkdir?


Digərləri 18 Okt 2018 07:11:00 285 0

Kür su nə deməkdir?

Şəriət baxımından sular beş növə bölünür: kür su, az su, axar su, yağış suyu və quyu suyu. Bu suların hər birinin nəcasəti paklamaq baxımından hökmləri fərqlidir. Kür suyun miqdarı barədə risalələrdəki məlumatlar dəqiqlik baxımından bir qədər fərqlidir. Bəzi müctəhidlər eni, uzunluğu və dərinliyi 3,5 qarış olan bir fəzanı dolduran suya kür su deyirlər. Bəzi müctəhidlərə görə bu ölçülər 3 qarışdır. Kür suyun çəkisinin müasir ölçüsünə gəlincə, 377,4 litrdən 384 litrə kimi qeyd edirlər. Bu miqdarda və bundan artıq suya kür su deyilir. Kür suyun xüsusiyyəti budur ki, içinə düşən nəcasəti, əgər nəcasət onun iyini, rəngini və dadını dəyişdirmirsə, pak edir. Yəni kür suya, onun dadını, iyini və rəngini dəyişdirməyəcək miqdarda nəcasət qarışsa, yenə pak hökmündədir. Müqayisə üçün deyək ki, bundan az miqdarda suyun içinə bircə damcı nəcasət düşsə, bütün su murdar olur.