Baham adalarında keçirilən cüdo üzrə dünya birinciliyində Azərbaycan finalı (FOTO)


Digərləri 18 Okt 2018 01:32:52 243 0

Baham adalarında keçirilən cüdo üzrə dünya birinciliyində Azərbaycan finalı (FOTO)

Baham adalarının Nassau şəhərində gənc cüdoçuların dünya birinciliyinə start verilib. Mötəbər yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub

Bakı. Baham adalarının Nassau şəhərində gənc cüdoçuların dünya birinciliyinə start verilib. Mötəbər yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Azərbaycan Cüdo Federasiyasında Trend-ə verilən məlumata görə, 55 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev və Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək finala çıxıb. Balabəy həlledici görüşə qədər Monqolustan, Hollandiya, Meksika, Rövşən Əliyev isə Macarıstan, Yaponiya və Qırğızıstan idmançılarını məğlub edib. Azərbaycan finalının qalibi adına Rövşən Əliyev layiq görülüb. Cüdoçumuza dünya çempionatının qızıl medalı verilib və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb. Digər cüdoçumuz Balabəy Ağayevə mundialın gümüş medalı təqdim olunub.