Bakıda məktəblilər həyatlarını belə təhlükəyə atırlar VİDEO


Digərləri 17 Okt 2018 23:56:00 270 0

Bakıda məktəblilər həyatlarını belə təhlükəyə atırlar  VİDEO

Avtomobillərə işarə verərək dayanmalarını istəyirələr. Azyaşlı oladuqları üçün sürücülər onlara piyada zolağının olmadığı ərazidə yol verirlər. Amma uşaqlar yolu oynayaraq keçirlər.

Son.az bildirir ki, bununla bağlı görüntüləri paytaxtın Yasamal rayonu, Mətbuat prospektində sürücülərdən biri çəkib. O deyir ki, məktəbdən gələn uşaqlar yol istədiyi üçün bütün sürücülər avtomobili saxlayır. Amma onlar yolu oynayaraq keçirlər. Baxmayaraq ki, onların bu hərəkətləri böyük təhlükə yaradır.

Belə görüntülərə demək olar ki, paytaxtın bir çox ərazisində rast gəlmək mümkündür.

Görüntüləri izləyən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, azyaşlı olmalarına baxmayaraq uşaqlar kobud qayda pozuntusuna yol verirlər. Amma qanuna görə onlar 16 yaşına çatmadıqları üçün barələrində inzibati qaydada cərimə etmək olmaz.