Piylənmə qadınlarda bağırsaq xərçənginə səbəb ola bilər


Digərləri 17 Okt 2018 23:58:00 278 0

Piylənmə qadınlarda bağırsaq xərçənginə səbəb ola bilər

Mütəxəssislər 1989-cu ildən 2011-ci ilədək 25-44 yaş arası 85 min qadının analizlərinin nəticələrini təhlil ediblər. Hər 2-4 ildən bir iştirakçılar öz çəkiləri, həyat tərzləri və ümumi sağlamlıq vəziyyətləri barədə mütəxəssislərə məlumat veriblər. Bu müddət ərzində 50 yaşa qədər 114 qadında koloretal xərçəng (yoğun və düz bağırsaq xərçəngi) müəyyən edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatlara əsasən bədən kütlə indeksi yüksək olanlarda koloretal xərçəngin yaranma ehtimalının təxminən iki dəfə artdığı müəyyən edilib. Bu, irsi xərçəng xəstəliyinə meyilliliyi olmayanlara da şamil edilir.