Venesuelada prezidentə suiqəsd cəhdi ilə bağlı daha bir neçə nəfər saxlanılıb


Dünya 17 Okt 2018 23:43:00 286 0

Venesuelada prezidentə suiqəsd cəhdi ilə bağlı daha bir neçə nəfər saxlanılıb

Venesuelada prezident Nikolas Maduroya sui-qəsd cəhdi ilə bağlı daha üç nəfər saxlanılıb.

Son.az "report"-a istinadən xəbər verir ki, bu barədə ölkənin rabitə və informasiya naziri Xorxe Rodriqes bildirib.

Onun sözlərinə görə, saxlanılanlar Osvaldo Kastilyo Lunar, Uilder Vaskes və Rafael Ernesto Dias Kuelodur. Hakimiyyət orqanlarının versiyasına görə, saxlanılanlardan ikisinin sui-qəsd cəhdində birbaşa əli var. Üçüncü şəxs isə Venesuelanın Hərbi Hava Qüvvələrinin istefada olan polkovnikidir. Onun məxfi strateji məlumatları Kolumbiyaya ötürdüyü bildirilir. "Bu, satqındır", - deyə nazir dövlət televiziyasının efirində bildirib.