Ürək, beyin və damarları sağlam edən mövsümi meyvə


Digərləri 17 Okt 2018 23:12:00 293 0

Ürək, beyin və damarları sağlam edən mövsümi meyvə

Aminturşuları, vitamin və minerallarla zəngin olduğundan nar bütün orqanizm üçün faydalı sayıla bilər.

Nar damarların sağlamlığı üçün xüsusilə xeyirlidir. Meyvənin istehlakı damarların elastikliyini artırır, stenokardiya və digər ürək problemlərinin inkişafının riskini azaldır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, nar güclü antioksidantlar olan polifenol və flavonoidlərlə zəngindir. Bu maddələr orqanizmi həm ürək-damar sistemi xəstəliklərindən, həm də xərçəngdən qoruyur.

ABŞ-da aparılmış bir araşdırma zamanı alimlər aterosklerozdan əziyyət çəkən bir qrup xəstələrə hər gün 30 qr təbii nar şirəsini içməyi tövsiyə ediblər. 1 ildən sonra müayinə zamanı aşkar olunub ki, xəstələrin damarlarında yığılmış xolesterinin miqdarı 30%, arterial təzyiq isə 12% azalıb.