Tramp itkin düşmüş jurnalistlə bağlı Türkiyəyə göndərilən sorğudan danışıb


Dünya 17 Okt 2018 23:16:00 257 0

Tramp itkin düşmüş jurnalistlə bağlı Türkiyəyə göndərilən sorğudan danışıb

Son.az "report"-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika tərəfi itkin düşmüş səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı Türkiyəyə sorğu göndərib.

"Tramp bildirib ki, ABŞ (audio və video təfərrüatlar varsa) Türkiyəyə itkin düşmüş jurnalistlə bağlı sorğu göndərib", - deyə xəbərdə qeyd edilir. Daha əvvəl bildirilib ki, Ağ Ev rəhbəri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla itkin düşmüş Qaşıqçının işi ilə bağlı təhqiqatı müzakirə edib.