Bakıya heyran qalan məşhur fransalı yazıçı: "Həyatımdan keçən bütün qadınları çılpaq..." MÜSAHİBƏ


Digərləri 17 Okt 2018 23:02:00 329 0

Bakıya heyran qalan məşhur fransalı yazıçı: "Həyatımdan keçən bütün qadınları çılpaq..."  MÜSAHİBƏ

Son.az publika.az-a istinadən Fransanın məşhur yazıçısı, fotoqraf Giyom de Sardesin müsahibəsini təqdim edir.

- Duyğularınızı yazıya tökmək ehtiyacınız haradan qaynaqlanır?

- Düşünürəm ki, yaradılışın bir hərəkət axını var. Bu axını yazı prosesində daha aydın duya bilirəm. Yazmaq ruhun təcrübəsidir, meditasiyadan da güclü özünüdərk yoludur. Şüurumuzun bir köşəsində unudulmuş xatirələrin oyanışıdır.

- Heminquey düşünür ki, yazıçının borcu hökm vermək yox anlamaqdır... Ona haqq verirsiniz?

- Dövrün, hakimiyyətin qanunlarına baş əyən əsərdən daha rəzil heç nə yoxdur. Özündən qaçıb, zəmanəsinin əqidəsinə bənzəməyə çalışan yazarın kitabını toz bassa yaxşıdır. Axı roman əxlaq dərsi, yaxud tərbiyənin təbliğatı deyil. Mənim üçün ədəbiyyat incəsənətdir. Özümüzü, hisslərimizi, hiddətimizi, hətta yalnızlığımızı daha aydın anlamağımız üçün ən mühüm vasitədir. Məsələn, Jan Jenenin kitabını oxumaq onunla görüşə, söhbətə bənzəyir. Əsər akademik xarakter daşımamalıdır, bu tədris vasitəsi deyil. Əksinə yazıçı vasitəsilə özünü səhifə-səhifə kəşf etməlisən. Heç kimə bənzəmədən mükəmməl mənini yaratmağa çalışmalısan. Sadaladıqlarımı sizə aşılamayan qanun keşikçilərinı yazıçı adlandırmıram.

- Bir neçə dəfə ölkəmizə səfər etmisiniz. Bakı haqda ən səmimi etiraflarınızı gözləyirəm...

- Bakı məni çox heyrətləndirdi. Bu dərəcədə avropalaşmış şərq şəhəri görəcəyimi gözləmirdim. İnsanlarınız müxtəlif mədəniyyətlərə qucaq açırlar. Bir neçə dildə danışırlar. Çox təəssüflənirəm ki, fransızlar Bakı haqda az məlumatlıdırlar. Axı bizim ortaq tariximiz var. 19-cu əsrdə Azərbaycana ən çox sərmayə qoyan ölkələrdən biri də Fransa olub. Azərbaycanlı zadəganlar Fransaya səfər etməyə üstünlük veriblər. O illərdə Bakını "Şərqin Parisi" adlandırırdılar. Həmin dövrün teatrları, restoranları, kabareləri, Osmanlı üslubunda tikilən iqamətgahları istər yazıçı, istərsə də fotoqraf kimi diqqətimi çəkməyə bilməz. İki ölkə arasında daha çox körpü salmalıyıq. Bakıda zəngin fransız dilinin tədrisi daha geniş vüsət almalıdır. Həmçinin qarşılıqlı mədəni tədbirlərin sayı çoxalmalıdır.

- Yəqin razılaşarsınız ki, bəzən hisslərimizi ifadə etməkdə sözlər aciz qalır. Fotoqrafiya sözlə ifadə edə bilmədiyimiz ən gözəl sənətdir. İkinci peşənizə marağınızın səbəbi budur?


Xəbərə aid fotolar