Alimlər coğrafi təhlil üçün nanopeyklər yaradırlar


Digərləri 17 Okt 2018 23:07:00 234 0

Alimlər coğrafi təhlil üçün nanopeyklər yaradırlar

"Karten Space" şirkətini təmsil edən ispan alimləri Yerin səthində çox sürətlə coğrafi təhlil aparmağa imkan verən texnologiya işləyib hazırlayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mühəndislər Aynoa Sid del Valle və Maksimo Kalvo tərəfindən 2015-ci ilin mayında yaradılmış "Karten Space" adlı kiçik şirkətin saytında nanopeykdən çəkilmiş fotoşəkil yerləşdirilib. Alimlərin fikrincə, səmanın sərhədləri yoxdur. Onlar planetimizi kosmosdan müşahidə etmək üçün öz xidmətlərini, o cümlədən mədəni bitkilərin, meşə səthinin təsnif edilməsini, dəniz nəqliyyatı gəmilərinin və hətta avtomobillərin eyniləşdirilməsini təklif edirlər.

Təsviri təhlil etməyə və üzərində işləməyə, lazımi informasiyanı əldə etməyə imkan verən alqoritmlər "Karten Space" şirkətinin başlıca nailiyyətidir. Bu proses avtomatikdir. Fotoşəkildəki hər bir piksel insan gözünün görə bilmədiyi informasiya daşıyıcısıdır.