Diyetoloq: "Kökəlmək üçün dərman preparatları qəbul edilməsi təhlükəlidir"


Digərləri 17 Okt 2018 22:53:00 276 0

Diyetoloq: "Kökəlmək üçün dərman preparatları qəbul edilməsi təhlükəlidir"

Çəkisini azaltmaq istəyənlərlə yanaşı onu artırmaq arzusunda olanlar da var. Diyetoloqların köməyi ilə kökəlməyə çalışanların sayı artsa da, bunu ev şəraitində kor-koranə şəkildə edənlər də tapılır.

Son.az bildirir ki, diyetoloq Ləman Süleymanovanın AZƏRTAC-a verdiyi məlumata görə, bədən çəkisini özbaşına artırmaq istəyənlər bəzən ciddi xəstəliklərə tutulur və ya hədsiz dərəcədə kökəlirlər. O, həmin prosesin nəzarət altında və xüsusi proqramla aparılmalı olduğunu bildirib: "Çox vaxt çəki artırmaq üçün müxtəlif preparatlar qəbul edir, iynə vurdururlar. Xüsusilə yeniyetməlik dövründə belə üsullardan istifadə etmək yolverilməzdir. Bu, ciddi hormonal pozuntuya səbəb ola bilər. Bir qədər yaşlı xanımlarda isə bu növ qaydalara əməl edilməməsi ginekoloji və mədə-bağırsaq problemlərinə, hətta xərçəng xəstəliyinə səbəb ola bilər".