Bakı şəhərinin inkişaf konsepsiyası yaxın aylarda yekunlaşacaq


Digərləri 17 Okt 2018 22:59:00 291 0

Bakı şəhərinin inkişaf konsepsiyası yaxın aylarda yekunlaşacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir neçə ay ərzində Bakı şəhərinin inkişaf konsepsiyasını yekunlaşdırmağı planlaşdırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə komitə sədri Samir Nuriyev deyib.

Onun sözlərinə görə, ilin sonunadək beynəlxalq nüfuzlu şəhərsalma və memarlıq şirkətinin açıq tender vasitəsilə bu prosesə cəlb edilməsi nəzərdə tutulub. Eyni zamanda, gələn ilin əvvəlindən Baş Planın texniki hissəsinin işlənilməsinə başlanılacaq.