Sürüşmədən qaçanlar evləri bahalaşdıracaq? Ekspert


Digərləri 17 Okt 2018 22:32:00 278 0

Sürüşmədən qaçanlar evləri bahalaşdıracaq?  Ekspert

Son günlər Səbail rayonunda Badamdar 20-ci sahəni birləşdirən ərazidə sürüşmənin aktiv olması mənzil bazarında şayiələrin yaranmasına səbəb olub. Sosial şəbəkə istifadəçiləri bu ərazidə villalarını ucuz qiymətə satışa çıxaran çoxsaylı şəxslərin Bakının iki turizm qəsəbəsində - Mərdəkan və Buzovna istiqamətində evlər almasına səbəb olacağını bildirirlər. Ehtimal edilir ki, bu da həmin ərazidəki evlərin və villaların bahalaşmasına gətirib çıxaracaq.

Son.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən daşınmaz əmlak eksperti Ramil Osmanlı bildirib ki, tələbin artması ilə bağlı sözügedən ərazilərdə qiymət artımının olması həqiqəti əks etdirmir:

"Mərdəkanda, Buzovnada evlərin və villaların qiymət artımı məsələsi dəqiq məlumat deyil. Çünki bunun üçün müəyyən qədər, azı 1-2 ay tələbin təklifi üstələməsi lazımdır. Psixoloji məqamlar aradan qalxmalıdır. Üstəgəl, bir ərazidən uzaqlaşan insanların kompakt olaraq başqa bir əraziyə köçməsi inzibati metodlarla mümkündür. Açıq bazar şəraitində bu, ağlabatan deyil. Seçim imkanları, zövqlər fərqlidir. Ona görə də şayiələrin heç bir əsası yoxdur".