Sən demə, yemək və içki vərdişlərimizin hamısı YANLIŞ İMİŞ Anri Şeno HƏR ŞEYİ AÇDI


Digərləri 17 Okt 2018 22:20:00 291 0

Sən demə, yemək və içki vərdişlərimizin hamısı YANLIŞ İMİŞ  Anri Şeno HƏR ŞEYİ AÇDI

Sağlam qidalanma üzrə mütəxəssis Anri Şeno insanlara düzgün qidalanma haqqında məsləhətlər verən və buna görə pul alan adi dietoloq deyil. O, insan sağlamlığı və uzunömürlülük məsələləri ilə məşğul olan dünya şöhrətli ciddi alimdir və bu barədə çoxlu kitablar yazıb. Çin təbabətinin tədqiqatçısı, bioenergetika psixoloqu və naturopatiya (təbii tibb elmi - təbabət) ilə məşğul olan Anri Şeno insan orqanizmində baş verən dəyişiklikləri, bioloji prosesləri araşdırması nəticəsində biontologiya elminin əsasını qoyub.

Anri Şenonun ən ali məqsədi insanlara yardım etmək, sağlam həyat tərzini dünyaya yaymaq və insanları zərərli qidalanma nəticəsində yaranmış xəstəliklərdən xilas etmək, dolayısı ilə bəşəriyyətin xoşbəxt gələcəyinə nail olmaqdır.

Monako şahzadəsi, Qətər əmiri, "Fendi" klanının bütün üzvləri, bütün dünya biznes-elitası, Luçano Pavarotti, bir çox görkəmli siyasi və ictimai xadimlər öz sağlamlığını Anri Şeno üsulları ilə qoruyur.

Son.az Anri Şenonun Rusiya mətbuatına verdiyi müsahibəni təqdim edir:

- Səhər yeməyinizin menyusunu nə təşkil edir?

- Yaşıl çay və meyvələr.

- Elə bu? Doğrudanmı, meyvə sizin kimi kişiyə bütün günü işləmək üçün kifayət qədər enerji verir?

- Səhərlər orqanizm zəhərli maddələrin xaric olunmasına köklənib, odur ki, onu çətin həzm olunan qidalarla yükləmək lazım deyil.

- Ümumiyyətlə, qida cədvəliniz necədir?

- Səhər saat 6-da meyvələrlə qidalanıram, saat birdə nahar edir, 8-də şam edirəm. Səhər saat 11-də və axşam saat 5-də az meyvə yeyirəm.

- Sizin üçün enerji nədir?

- İnsan həmişə 37 dərəcə temperaturda yaşayır. Və ən vacibi bu enerji səviyyəsini saxlamaqdır. Qida qəbul edilməsi enerji istehsalına kömək etməlidir. Amma çox yemək əks nəticəyə - onun kəskin düşməsinə gətirib çıxarır.

- Məsələn, mən bütün gün ərzində zehni işlə və oturaq rejimdə çalışıram. Səhərlər mənə yeməyə nə məsləhət görürsünüz?

- Meyvə və yaşıl çay.

- Bu, universal reseptdir?

- Əlbəttə. Günorta daha ağır nəsə yemək olar. Siz adətən səhər yeməyində nə yeyirsiniz?

- Mövsümdən asılı olaraq dəyişir. Yayda adətən sadəcə südlü qəhvə.

- Südlə!? Bilirsiniz ki, meyitlərin mədəsi yarılarkən nə çıxır? Həzm olunmamış südlü qəhvə. Bu iki məhsul tamamilə ziddiyyətlidir. Qəhvə bütövlükdə faydalı deyil, amma sevirsinizsə, onda yalnız espresso, ya da ristrettoya üstünlük verin. Və yalnız yeməkdən sonra.

- Bəs amerikano?

- Yox, bu, çöküntüdür. Qəhvə möhkəm və az olmalıdır.

- Bəs sıyıqlar haqqında nə deyə bilərsiniz?

- Taxıllar səhər yeməyi üçün özü bir ideyadır. Lakin onları naharda yemək daha yaxşıdır. Ümumiyyətlə sağlam qidalanmaq karbohidratların miqdarını azaltmağı öyrənməklə başlayır.

- Yoqurt haqqında hansı fikirdərsiniz?

- Burada laktoz intoleransı ilə diqqətli olmaq lazımdır. Əlbəttə ki, bu fərdi bir sualdır və hər kəsin bir sıra məhsullara dözümsüzlüyü fərqlidir, lakin müasir dünyada, insanların əksəriyyətində laktoza qarşı dözümsüzlük aşkar olunur.

- Axı niyə? Süd ən təbii məhsul növü deyilmi?

- Birincisi, bu, belə deyil. İndi ən azından Avropada qadınların çoxu işlədiyi üçün uşaqları əmizdirmək gücünə malik deyil. Ümumilikdə isə bu, faciə deyil. Uşağın öz immunitetini inkişaf etdirmək üçün 3 ay ana südünə ehtiyac duyur. Və yalnız bu müddət ərzində ana südü uşağın həyatında vacib elementdir. Yetkinlik yaşına çatanlar üçün işə yaramır. Əksinə, bu, tamamilə yararsızdır. Xüsusilə dişlər üçün.

- Demək istəyirsiniz ki, qatıqdan imtina etməliyik?

- Laktozsuz yoqurt seçə bilərsiniz.

- Şirniyyatlar barədə hansı qənaətdəsiniz?

- Qanda şəkərin normal səviyyəsi var. Tort yedikdən sonra şəkər səviyyəsi kəskin şəkildə yüksəlir. Və sonra sürətlə aşağı düşür. Şirniyyat yedikdə bu proses bütün gün belə davam edir. Bir aydan sonra sapmalar başlayır və onların düzəlməsi zaman məsələsidir.

Burada ən əhəmiyyətli şey tort, koka-kola və digər karbonhidrat istəyinin beyin tərəfindən göndərildiyini anlamaqdır. Bəli, bədənin şəkərə ehtiyacı var. Lakin bu, koka-kola və kruasan səviyyəsində deyil. Sadəcə öz beyninə düzgün əmrlər yollamağı və onlara düzgün reaksiya verməyi öyrətmək lazımdır.

- Bəs buna necə nail olmaq mümkündür? Fikrin gücü və autotreninqlə (Autogenik təlim - stress nəticəsində insan orqanizminin homeostatik mexanizmlərinin dinamik balansının bərpasına yönəlmiş psixoterapevtik bir üsuldur)?

- Əlbəttə ki, şüurlu şəkildə, amma ən önəmlisi diqqətlə çeynəməkdir. Əgər siz yeməyi çeynəmirsinizsə, həzm prosesində beynin nə yediyinizi müəyyən etməyə zamanı və imkanı yoxdur.

- Texniki cəhətdən hər şey aydındır. Bəs vərdişlərinizi dəyişməyə özünüzü necə məcbur edirsiniz? Bilirsiniz ki, onları dəyişmək çox çətindir.

- Vərdişləri dəyişmək üçün qarşıya qoyulmuş hədəfin olmalıdır. Yeri gəlmişkən, bu, sizin üçün çox aktualdır. Siz qırmızı növə aid edilirsiniz. Müvafiq olaraq, zəif tərəfiniz - yoğun bağırsaqlardır. Əgər yeməyi diqqətlə çeynəməsəniz, bədəndə şişkinlik əmələ gələcək.

- Nədən bildiniz ki, qırmızı tipə aidəm?

- 41 yaşından insanları müayinə edirəm.

- Ümumiyyətlə niyə dietologiya ilə məşğul olmağa qərar verdiniz? Bu, adətən kişi peşəsi sayılmır.

- Kəndli ailəsində böyümüşəm. Müharibə dövründə frankistlər (dini hərəkat) katalon olduğu üçün ailəmin 80 faizini qırıb, məni babam böyüdüb. Ən böyük nəvə olduğumdan evin təsərrüfat işləri ilə məşğul olmaq mənim öhdəmə düşürdü. İbtidai sinfi bitirdikdən sonra babam qənaətə gəldi ki, bu qədər təhsil kifayətdir və məni tarlaya göndərmək vaxtı gəlib. Amma oxumağa davam edirdim. Babamsa razı deyildi. Bu zaman ona "Yaxşı, bütün bayramlar sizin üçün işləyəcəyəm. Ancaq bunun üçün mənə pul ödəyəcəksiniz" dedim. Və biz beləcə yaşadıq.

Kollecdən sonra Əlcəzairə hərbi xidmətə yollandım və orada anladım ki, biologiya elminə böyük həvəsim var. Xüsusilə dəniz biologiyası ilə maraqlanırdım. Sonra geri döndüm və məzun oldum. Bir gün anamın salonunun qapısında bio-estetika üzrə mühazirə haqqında bir elan gördüm və oraya baş çəkmək qərarına gəldim. Məruzənin sonunda ayağa qalxıb məruzəçini sual atəşinə tutdum. Növbəti gün təşkilatçı məni çağırdı və söylədi ki, hər kəs mənim məruzələrimi dinləmək istəyir. Əvvəlcə imtina etdim və heç bir mühazirə vermədiyimi dedim, sonra razılaşdım, nəticədə işə ehtiyacım vardı və onlar mənə pul ödəməyə hazır idi. Beləliklə mühazirə deməyə başladım. Daha sonra fitokosmetika istehsalı ilə məşğul oldum və Kannda profilaktik tibb üzrə ixtisaslaşan klinika açdım. Bir səhər huşumu itirdim. Gözlərimi Parisdə bir xəstəxanada açdım. Həkim dedi ki, sən tükənmisən, istirahət etməlisən. Sonra məni təyyarə ilə Sardinyaya yolladılar. İki həftə orada qaldım, diqqətlə düşündüm və başa düşdüm ki, bütün bunları atmağın vaxtı gəlib.


Xəbərə aid fotolar