Kölndə girov götürülmə hadisəsinin təfərrüatları üzə çıxır


Dünya 17 Okt 2018 22:23:00 220 0

Kölndə girov götürülmə hadisəsinin təfərrüatları üzə çıxır

Almaniyanın Köln polisi şəhərin əsas vağzalında bir qadını girov götürən cinayətkarın şəxsiyyətini müəyyən edə bilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, aparılan istintaq nəticəsində hadisə yerində 55 yaşlı Suriya vətəndaşına məxsus 2021-ci ilədək müvəqqəti yaşayış hüququ haqqında sənəd tapılıb. Polisdən bildiriblər ki, suriyalı miqrant 2015-ci ildən Almaniyanın Köln şəhərindəki qaçqın yataqxanasında yaşayıb. Psixoloji problemlər səbəbindən işsiz olan bu şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi, qarət, zorakılıq, dələduzluq və mənzillərə basqın üzündən 13 dəfə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İstintaq müəyyən edib ki, bu şəxsin qardaşı və oğlu da Almaniyada yaşayırlar. Suriyada qalan arvadının AFR-ə giriş üçün müraciəti isə iki dəfə rədd olunub.