Rembrantın "Gecə patrulu" əsərinin bərpasını canlı izləmək mümkün olacaq


Digərləri 17 Okt 2018 21:57:00 317 0

Rembrantın "Gecə patrulu" əsərinin bərpasını canlı izləmək mümkün olacaq

Niderlandlı rəssam Rembrantın ən məşhur əsərlərindən biri, Amsterdamın Rijksmuseum muzeyinin ekspozisiyasının bir hissəsi olan "Gecə patrulu" rəsmi bərpa olunacaq və konservasiya ediləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bərpa prosesini həm internet-yayımı vasitəsilə, həm də muzeyə gələrək izləmək mümkün olacaq.

"Bərpa işləri dünya ictimaiyyətinin gözləri önündə aparılacaq və müşahidəçilər istənilən yerdə və istənilən zaman prosesi izləyə biləcək. Belə ki, bu əsər böyük əhəmiyyətə malikdir və onu çox adam görmək istəyir. Biz hesab edirik ki, bərpa işləri ilə məşğul olduğumuz zaman da rəsm əsəri ictimaiyyətin üzünə açıq olmalıdır", - deyə muzeyin direktoru Tako Dibbits bildirib.

Bütün dünyadan cəlb olunan ekspertlərin iştirak edəcəyi bərpa prosesi bir neçə mərhələdə aparılacaq. Mütəxəssislər ilk növbədə rəsmin yüksək keyfiyyətli rəqəmsal şəklini çəkəcəklər. Bu isə təxminən 70 günə başa gələ bilər. Bundan sonra bərpaçılar əsəri detallı analiz edərək növbəti işlərin planını hazırlayacaqlar.


Xəbərə aid fotolar