Zakir Həsənov Lubomir Metnar ilə görüşüb FOTO


Digərləri 17 Okt 2018 22:00:00 216 0

Zakir Həsənov Lubomir Metnar ilə görüşüb  FOTO

Çex Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov burada keçirilən "Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2018"də iştirak edir.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, oktyabrın 17-də sərginin rəsmi açılış mərasimindən sonra general-polkovnik Z. Həsənovun çexiyalı həmkarı Lubomir Metnar ilə ikitərəfli görüşü keçirilib.


Xəbərə aid fotolar