Avstriya məhkəməsi vətəndaşlığın ləğvi ilə bağlı presedent qərar qəbul edib


Digərləri 17 Okt 2018 21:51:00 238 0

Avstriya məhkəməsi vətəndaşlığın ləğvi ilə bağlı presedent qərar qəbul edib

Avstriya İnzibati Məhkəməsi sonuncu instansiyada ikili vətəndaşlığı olanlar üçün mühüm qərar verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ikili vətəndaşlığa (Türkiyə və Avstriya) sahib olan bir şəxs Avstriya vətəndaşlığı Zaltsburq Əyalət Hökuməti tərəfindən ləğv edildikdən sonra müxtəlif məhkəmə instansiyalarına şikayət etmişdi. Əyalət İnzibati Məhkəməsinin ardından Federal İnzibati Məhkəmə də qərarı qüvvədə saxlamaqla ikili vətəndaşlığa sahib 30 minədək insan üçün presedent qərar verib. Belə ki, ötən ilin payızında Avstriyada əcnəbilərə qarşı mənfi mövqeyi ilə tanınan sağçı-radikal Avstriya Azadlıq Partiyası (FPÖ) koalisiyalı hökumətə daxil olduqdan sonra ikili vətəndaşlığa malik şəxslərin müəyyənləşdirilməsinə başlayıb. Türkiyədə seçici siyahıları əsasında 29 602 nəfərin məlumatlarını toplayan FPÖ əldə etdiyi siyahını müvafiq yerli qurumlara təqdim edib. İkili vətəndaşlığın qadağan olduğu Avstriyada ən yüksək instansiya məhkəməsinin konkret bir halda qəbul etdiyi yekun qərar digər şəxslərlə bağlı da oxşar addımlar atılacağını istisna etmir.