Selenanın xəstə olduğunu eşidən Castin ağladı


Digərləri 17 Okt 2018 21:42:00 284 0

Selenanın xəstə olduğunu eşidən Castin ağladı

Müğənni Selena Qomezin xəstəxanaya yerləşdirilmə xəbərini eşidən keçmiş sevgilisi Castin Biber kədərlənib.

Son.az axşam.az-a istinadən bildirir ki, xəbəri dostlarının və nişanlandığı model Hayli Baldvinin yanında eşidən ifaçı göz yaşlarına hakim ola bilməyib. 

Qeyd edək ki, Qomez bir müddət əvvəl reanimasiyaya yerləşdirilib. Onun həm psixoloji, həm də fiziki böhran yaşadığı bildirilir. Buna səbəb kimi isə bir neçə iddia göstərilir.