İsrail tarixində yeganə Olimpiya çempionu qızıl medalını satmaq niyyətindədir


Digərləri 17 Okt 2018 21:45:00 274 0

İsrail tarixində yeganə Olimpiya çempionu qızıl medalını satmaq niyyətindədir

İsrailin tarixində yeganə Olimpiya çempionu olan Vindserfer Qal Fridman qızıl medalını satmaq barədə düşünür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fridman qazandığı medalı İsraildə hərraca çıxarmaq üçün ona kömək edəcək mütəxəssis axtardığını "Facebook" səhifəsində yazıb. O, şərhlərə cavabında bu medalın Olimpiya qızılı olduğunu qeyd edib.

Çərşənbə axşamı "Ualla!" informasiya portalına verdiyi müsahibədə idmançı bildirib ki, o, yalnız Olimpiadanın qızıl medalının qiymətini bilmək istəyir. "Mənə pul lazımdır və hesab edirəm ki, medal lazım olan məbləğə satılacaq".