Estoniya sovet işğalından dəyən zərəri hesablayıb


Dünya 17 Okt 2018 21:33:00 301 0

Estoniya sovet işğalından dəyən zərəri hesablayıb

Estoniya Ədliyyə Nazirliyi nəzdindəki komissiya Sovet İttifaqının işğalından ölkəyə dəyən zərərin miqdarını hesablayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, komissiya zərəri təqribən 1,2 milyard avro həcmində dəyərləndirib.

Komissiyanın sədri, tarixçi Toomas Xiyo hesab edir ki, Estoniya dəyən zərərin öyrənilməsi və təzminat barədə tələblərdən imtina edə bilməz. Çünki bu, SSRİ-yə könüllü olaraq birləşməyi etiraf etmək kimi başa düşülə bilər.