Hacıbala Abutalıbov: "Türkmənistanın BTQyə qoşulması Azərbaycanla əlaqələri daha da möhkəmləndirəcək"


Digərləri 17 Okt 2018 21:24:00 257 0

Hacıbala Abutalıbov: "Türkmənistanın BTQyə qoşulması Azərbaycanla əlaqələri daha da möhkəmləndirəcək"

Türkmənistanın 2018-ci ildə işə düşən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu dəhlizinə qoşulması Azərbaycanla Türkmənistan arasında ticarət və iqtisadi əlaqələrin daha da inkişafına təkan verəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu baş nazirin müavini Hacıbala Abutalıbov Türkmənistanın müstəqilliyinin 27 illiyi münasibətilə ölkənin Bakıdakı səfirliyi tərəfindən təşkil olunmuş qəbulda deyib.

H.Abutalıbov türkmən tərəfini ölkənin müstəqilliyinin 27 illiyi münasibətilə təbrik edərək qeyd edib ki, iki ölkə xalqlarının ümumi kökləri və tarixi var.

H.Abutalıbov həmçinin, özünün Türkmənistanda Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olduğunu xatırladıb.