Deputat: "Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın mövqeyini möhkəmləndirməsi ölkənin sosialiqtisadi inkişafının davamlı olmasından xəbər verir"


Digərləri 17 Okt 2018 21:18:00 235 0

Deputat: "Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın mövqeyini möhkəmləndirməsi ölkənin sosialiqtisadi inkişafının davamlı olmasından xəbər verir"

Dünya İqtisadi Forumunun "2018-2019 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan bir sıra indikatorlar üzrə öz mövqeyini möhkəmləndirib və irəliyə çıxıb. Yeni metodologiya əsasında müəyyənləşdirilən "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın bir daha mövqeyini möhkəmləndirməsi ölkənin sosial-iqtisadi inkişafının davamlı və dayanıqlı olmasından xəbər verir. Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, "2018-2019 Qlobal Rəqabətlilik Hesabatı" yeni dövrün ilk hesabatıdır və əvvəlkilərdən fərqli olaraq 68 yeni indikator daxil edilməklə aparılıb:

"Azərbaycanın bir sıra yüksək göstəricilərə malik indikatorları var. Lakin hazırda yeni metodologiyaya əsasən bunlar nəzərə alımasa da, ölkəmiz yenə də ön sıralarda qərarlaşıb. Bütövlükdə hesabat zamanı 12 sütun indikator üzrə qiymətləndirmələr aparılıb və 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Buraya infrastruktur, səhiyyə, informasiyakommunikasiya texnologiyalarının səviyyəsi, əmək bazarı, biznesin dinamikliyi və innovasiya potensialı daxildir. Adlarını qeyd etdiyimiz indikatorlar üzrə Azərbaycanın mövqeyi xüsusi olaraq qeyd olunur və hətta bir sıra göstəricilər üzrə ölkəmiz birinci yerdədir. Məsələn, elektrik enerjisi ilə təchizatın səviyyəsinə görə Azərbaycan 100 faiz bal toplamaqla, ilk pilləyə yüksəlib. Bu isə mühüm göstəricidir".