Hacıbala Abutalıbov: Türkmənistanın BTQ-yə qoşulması Azərbaycanla əlaqələri daha da möhkəmləndirəcək


Digərləri 17 Okt 2018 21:18:03 205 0

Hacıbala Abutalıbov: Türkmənistanın BTQ-yə qoşulması Azərbaycanla əlaqələri daha da möhkəmləndirəcək

Türkmənistanın 2018-ci ildə işə düşən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu dəhlizinə qoşulması Azərbaycan ilə Türkmənistan arasında ticarət və iqtisadi əlaqələrin daha da inkişafına təkan verəcək.

Bakı. Fikrət Doluxanov - Türkmənistanın 2018-ci ildə işə düşən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu dəhlizinə qoşulması Azərbaycanla Türkmənistan arasında ticarət və iqtisadi əlaqələrin daha da inkişafına təkan verəcək. Trend-in məlumatına görə, bunu baş nazirin müavini Hacıbala Abutalıbov Türkmənistanın müstəqilliyinin 27 illiyi münasibətilə ölkənin Bakıdakı səfirliyi tərəfindən təşkil olunmuş qəbulda deyib. H.Abutalıbov türkmən tərəfini ölkənin müstəqilliyinin 27 illiyi münasibətilə təbrik edərək qeyd edib ki, iki ölkə xalqlarının ümumi kökləri və tarixi var. H.Abutalıbov həmçinin, özünün Türkmənistanda Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olduğunu xatırladıb. Baş nazirin müavini vurğulayıb ki, iki ölkə arasında əlaqələrə dəfələrlə Türkmənistana rəsmi səfər edən ümummilli lider Heydər Əliyev tərəfindən böyük əhəmiyyət verilib. H.Abutalıbovun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti də Türkmənistanla əlaqələrin möhkəmləndirilməsinə yönəlib və nəticədə iri layihələrin reallaşdırılması mümkün olub. Yekunda baş nazirin müavini bir daha Azərbaycan və Türkmənistan qardaşlıq bağlarının toxunulmaz olduğunu qeyd edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin