Zeytun yığımı üzrə dünya çempionatı keçirilib


Digərləri 17 Okt 2018 21:05:00 236 0

Zeytun yığımı üzrə dünya çempionatı keçirilib

Xorvatiyanın Braç adasında zeytun yığımı üzrə ikinci dünya çempionatı keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yarışda 11 ölkə iştirak edib.

Ötən ildə olduğu kimi, bu il də Xorvatiya komandası qalib olub. Komanda 67 kiloqram zeytunu 45 dəqiqəyə yığıb. Monteneqro komandası 56 kiloqram yığmaqla ikinci olub. Üçüncü yeri Sloveniya, sonuncu yeri isə Böyük Britaniya komandaları (hər iki komanda 37 kiloqram yığıb) tutub.