Səfir: Azərbaycanla əlaqələrin gücləndirilməsi Türkmənistanın xarici siyasətinin əsas istiqamətidir (FOTO)


Digərləri 17 Okt 2018 20:18:00 251 0

Səfir: Azərbaycanla əlaqələrin gücləndirilməsi Türkmənistanın xarici siyasətinin əsas istiqamətidir (FOTO)

Türkmənistanın xarici siyasətinin vacib istiqaməti qardaş Azərbaycanla əlaqələrin daim gücləndirilməsidir.

Bakı. Fikrət Doluxanov - Türkmənistanın xarici siyasətinin vacib istiqaməti qardaş Azərbaycanla əlaqələrin daim gücləndirilməsidir. Trend-in məlumatına görə, bunu Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşankuliyev Türkmənistanın müstəqilliyinin 27 illiyi münasibətilə ölkənin Bakıdakı səfirliyi tərəfindən təşkil olunmuş qəbulda deyib. Səfirin sözlərinə görə, ortaq tarix və mədəniyyət iki ölkə xalqını xüsusilə yaxınlaşdırır. M.İşankuliyev qeyd edib ki, Türkmənistan və Azərbaycan qlobal və regional təhlükəsizliyin təmin edilməsi, iri enerji və nəqliyyat layihələrinin reallaşdırılması kimi sahələrdə əməkdaşlıq edir. Diplomat xüsusilə bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafında əsas rol Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin