Ekspert: Aparılan islahatlar Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın liderlik mövqeyini qoruyub saxlamasına səbəb olub


Digərləri 17 Okt 2018 19:59:45 220 0

Ekspert: Aparılan islahatlar Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın liderlik mövqeyini qoruyub saxlamasına səbəb olub

Aparılan islahatlar Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın liderlik mövqeyini qoruyub saxlamasına səbəb olub.

Bakı. İlkin Şəfiyev - Ölkəmizdə aparılan iqtisadi islahatlar Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında biznes üzrə bütün indikatorlarda Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına, öz liderlik mövqeyini qoruyub saxlamasına səbəb olub. Bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təmsilçisi Nicat Hacızadə deyib. N.Hacızadə qeyd edib ki, Qlobal Rəqabətlilik Hesabatı yeni nəsil metodologiya əsasında hazırlanıb. Əvvəlki hesabatın 114 indikatorundan 84-ü çıxarılıb, 68 yeni indikator isə daxil edilib: