Bakıda 50 yaşlı qadın itkin düşdü
Digərləri 17 Okt 2018 19:37:00 222 0
Bakıda 50 yaşlı qadın itkin düşüb.
Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 523-cü məhəllə, ev 47-də yaşayan, 1968-ci il təvəllüdlü Bəşirova Zülfiyyə Vəlibəy qızı oktyabrın 7-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsində araşdırmalara başlanılıb.
Mənbə: milli.az