"Həmsədrlər münaqişənin nizamlanması prosesinin fəallaşması üçün konkret addımları müzakirə edəcəklər"


Siyasət 17 Okt 2018 19:22:00 336 0

"Həmsədrlər münaqişənin nizamlanması prosesinin fəallaşması üçün konkret addımları müzakirə edəcəklər"

Yaxın zamanlarda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova bildirib ki, səfər zamanı onlar ölkələrin mövqeyini dəqiqləşdirmək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin fəallaşması üçün hansı konkret addımların atılacağını müzakirə etmək niyyətindədir.

XİN rəsmisi qeyd edib ki, Rusiyanın ATƏT Minsk qrupunun həmsədri qismində mövqeyi yaxşı məlumdur:

"Bu mövqe Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdə səsləndirdiyi, üç ölkənin xarici işlər nazirlərinin və həmsədrlərin bəyanatlarında əks olunub".