Beynəlxalq ödəniş sistemi "Azər Türk Bank"ı mükafatlandırıb


Digərləri 17 Okt 2018 19:22:00 250 0

Beynəlxalq ödəniş sistemi "Azər Türk Bank"ı mükafatlandırıb

Azər Türk Bank MasterCard beynəlxalq ödəniş sistemi tərəfindən 2 sertifikatla mükafatlandırılıb.

Bakı. Azər Türk Bank MasterCard beynəlxalq ödəniş sistemi tərəfindən 2 sertifikatla – Platinum, Black Edition və World Elite kartlarının sayının, eləcə də Gold və Standart kartlarının sayının artırılması üzrə ölkənin iki bankından biri olduğu üçün mükafatlandırılıb. Bu barədə Trend-ə bankdan məlumat verilib.