Venqer işə qayıdır


İdman 17 Okt 2018 19:20:00 277 0

Venqer işə qayıdır

Arsenal-dan ayrılandan sonra işsiz qalan Arsen Venqer gələcək planları barədə danışıb.

Goal.az xəbər verir ki, keçmiş baş məşqçi yanvar ayında işə başlayacağını deyib.

“Arsenal-da keçirdiyim 22 il ərzində kifayət qədər təcrübə toplamışam. İndi bütün dünyada mənim təcrübəmdən yararlanmağa can atanlar var. Futbol assosiasiyaları, milli komandalar əlaqə yaratmağa calışır. Hətta yaponlardan da iş təklifi almışam. Düşünürəm ki, yanvar ayında məşqçilik karyeramı bərpa edəcəyəm. Kifayət qədər istirahət etmişəm. İşləməyə hazıram. Harada başlayacağımı hələlik bilmirəm”, - Venqer bildirib.

Fransız mütəxəssisin Bayern Munich-dən istefa verən Niko Kovaçı əvəzləyəcəyi deyilirdi. Venqerin PSG-nin idman direktoru vəzifəsini tuta biləcəyi də mətbuatda yer almışdı.