Bakıdakı bəzi reklam qurğuları təhlükəli imiş


Digərləri 17 Okt 2018 18:58:00 260 0

Bakıdakı bəzi reklam qurğuları təhlükəli imiş

Son dövrlər ölkəyə artan turist axınını nəzərə alsaq, Bakının, eləcə də regionların estetik baxımdan daha da gözəlləşməsi mühüm əhəmiyyət kəsb edir. Bunu, eləcə də digər amilləri nəzərə alaraq, ölkə üzrə istifadəyə yararsız reklam qurğularının yenilənməsi zərurəti yaranıb. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi beynəlxalq təcrübəni nəzərdən keçirərək, dünyanın qabaqcıl ölkələrində istifadə olunan reklam konstruksiyalarının ölkəyə gətirilməsinə qərar verib.

ADRA-dan Son.az-a verilən məlumata görə, təəssüf ki, indiyədək bu işi görməli olan reklam operatorları mövcud sahədə kifayət qədər iş görməyiblər. Nəticədə istifadədə olan bəzi reklam qurğuları yol hərəkəti iştirakçılarına maneçilik yaratmaq, təhlükəsizlik tələblərinə cavab verməməklə yanaşı, şəhərin estetik görünüşünə də xələl gətirib. Bu səbəbdən reklam sahəsinə aid beynəlxalq sərgilərdə iştirak edən ADRA əməkdaşlarının rəyi əsasında innovativ texnologiyalı daşıyıcıların Azərbaycana gətirilməsi qərara alınıb.


Xəbərə aid fotolar