Eldar Mahmudovun iş ortağının məhkəməsində iki dövlət qurumu mülki iddia qaldırıb


Digərləri 17 Okt 2018 18:40:00 305 0

Eldar Mahmudovun iş ortağının məhkəməsində iki dövlət qurumu mülki iddia qaldırıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, zərərçəkmiş qismində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Vergilər Nazirliyi tanınıb.

Hakim bildirib ki, həm DTX, həm də nazirlik mülki iddia qaldırıb.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Türkel Sülüymanlı vəsatət qaldırıb. O, müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası oktyabrın 24-nə təyin edilib.