“Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində daha bir gözəl konsert keçirildi


Kriminal 17 Okt 2018 18:45:00 240 0

“Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində daha bir gözəl konsert keçirildi

Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyasının "Yaradanlar və yaşadanlar" adlı verilişinin növbəti konserti Şövkət Əkəlbərovanın yaradıcılığına   həsr edilmişdi. 

Son.az xəbər verir ki, konsert Mədəniyyət Nazirliyinin dəstəyi ilə, Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının və  Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində baş tutmuşdur.

Gecədə хalq artisti Aygün Bayramova -"Küsüb məndən", əməkdar artistlər Zakir Əliyev - "Dərələr", Almaz Orucova - "Bu dünya", Bəyimxanım Vəliyeva - "Yavaş-yavaş", Ehtiram Hüseynov -"Gəlmədin", Azərbaycan Televiziyası və Radiosunun solistləri - Səbinə Ərəbli - "Aldatmayaq bir-birimizi", Zabitə Əliyeva -"Güldür məni" mahnılarını ifa etmişdilər. 

İfaçıları  хalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi ilə "Səadət" instrumental ansamblı müşayiət edirdi.

Konsertin son nömrəsi olan "Tövhə" mahnısı  tamaşaçılara  Bəyimxanım Vəliyeva və Aytən Məhərrəmovanın ifasında təqdim edilmişdir.