Təmir sexində minik avtomobili yandı


Digərləri 17 Okt 2018 18:49:00 283 0

Təmir sexində minik avtomobili yandı

Hacıqabulda "VAZ" markalı minik avtomobili yanıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, avtomobil təmiri sexi kimi fəaliyyət göstərən və ümumi sahəsi 30 kv.m olan tikilidə təmirə dayanmış "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.