Sadhqurunun Heydər Əliyev Mərkəzindəki müharizəsinə biletlər bitdi - Yeni zaldan biletlər satışa çıxarıldı


Digərləri 17 Okt 2018 18:44:55 229 0

Sadhqurunun Heydər Əliyev Mərkəzindəki müharizəsinə biletlər bitdi - Yeni zaldan biletlər satışa çıxarıldı

Dünya şöhrətli yoqin və mistik Sadhqurunun noyabrın 10-da Heydər Əliyev Mərkəzinin Auditorium zalında keçiriləcək mühazirəsinə biletlər artıq bitib.

Bakı. Dünya şöhrətli yoqin və mistik Sadhqurunun noyabrın 10-da Heydər Əliyev Mərkəzinin Auditorium zalında keçiriləcək mühazirəsinə biletlər artıq bitib. Heydər Əliyev Mərkəzindən Trend-ə verilən məlumata görə, Sadhquru izləyicilərinin müraciət və istəklərini nəzərə alaraq Mərkəzin digər zalı-konfrans zalı üçün əlavə biletlər satışa çıxarılıb. Tamaşaçılar bu zalda quraşdırılmış böyük monitorda Sadhqurunun Mərkəzdəki mühazirəsini canlı izləyə biləcəklər. Mühazirə bitdikdən sonra Sadhquru konfrans zalında izləyiciləri ilə görüşəcək və onlar üçün kitablarını imzalayacaq. Yeni satışa çıxarılmış biletlərin qiyməti 7 AZN-dir. Biletləri Mərkəzin kassasından, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar. Qeyd edək ki, Sadhquru Heydər Əliyev Mərkəzində "Mənəvi quruculuq: gümrahlığın texnologiyaları" (İnner Engineering: Technologies For Wellbeing) mövzusunda mühazirə ilə çıxış edəcək.