İlham Əliyev Azərbaycanın Avstraliyadakı fəxri konsulunu vəzifəsindən geri çağırdı


Siyasət 17 Okt 2018 18:32:39 212 0

İlham Əliyev Azərbaycanın Avstraliyadakı fəxri konsulunu vəzifəsindən geri çağırdı

Prezident İlham Əliyev A.A.Rzayevanın Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Aydan Atif qızı Rzayeva Azərbaycan Respublikasının Avstraliya İttifaqında fəxri konsulu vəzifəsindən geri çağırılsın".