Milan-ın keçmiş sahibinə sanksiya qoyuldu


İdman 17 Okt 2018 18:23:00 265 0

Milan-ın keçmiş sahibinə sanksiya qoyuldu

Milan-ın keçmiş sahibi Li Yonxinq külli miqdarda borca görə sanksiya ilə üzləşib.

Goal.az xəbər verir ki, Çin məhkəməsi biznesmenin ölkəni tərk etməməsi barədə qərar çıxarıb. İş adamının fəaliyyəti geniş şəkildə araşdırılacaq.

Çinli iş adamı iyul ayında Milan prezidentliyindən istefa verib. Onun yerinə Paolo Skaroni təyin edilib. Klub ABŞ-ın Elliot Managment şirkətinin ixtiyarına keçib. Li Yonxinq 2017-ci ildə Milan klubunu almaq üçün bu şirkətdən götürdüyü krediti qaytara bilməyib. Şirkət İtaliya klubunun əvvəlki sahibindən qalan 123 milyon avro borcu ötən ay bağlayıb.