Yardımlıda dini maarifləndirmə ilə bağlı seminar-treninq keçirilib (FOTO)


Digərləri 17 Okt 2018 18:27:00 268 0

Yardımlıda dini maarifləndirmə ilə bağlı seminar-treninq keçirilib (FOTO)

Oktyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib.

Bakı. Elçin Mehdiyev - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, rayonun ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və aktiv gənclərin iştirak etdiyi seminar-treninqi giriş sözü ilə açan RİH başçısının müavini Əfsanə Məmmədova bildirib ki, dövlətimiz tərəfindən milli-mənəvi, o cümlədən dini dəyərlərə qayğı göstərilir. Vurğulayıb ki, ölkədə dini dözümlülük və tolerantlıq dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Dövlət-din münasibətləri sahəsində görülən işlər dini dəyərlərimizə yad ideologiyaların yayılmasının qarşısını əhəmiyyətli dərəcədə alıb. Seminar-treninqdə dövlət-din münasibətləri barədə danışan Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov qeyd edib ki, dindarlıqla dünyəviliyin harmonik vəhdəti xalqımızın milli dövlətçiliyinin fərqləndirici xüsusiyyətlərindəndir. Lakin təcrübə göstərir ki, dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını arzu etməyən, fürsət düşdükcə onu pozmağa çalışan və təfriqə yaradan qüvvələr də var. Bu baxımdan dinlə bağlı məsələlərə təkcə insan hüquqları və milli-mənəvi dəyərlər baxımından deyil, həm də özünün təhlükəsizlik nöqteyi-nəzərindən yanaşması dövlətin borcu və müstəsna hüququdur.