Yolsuzluq şəraiti üçün mükəmməl olan yeni Audi Q8 modeli (FOTO)


Digərləri 17 Okt 2018 18:19:15 218 0

Yolsuzluq şəraiti üçün mükəmməl olan yeni Audi Q8 modeli (FOTO)

Audi Bakı mərkəzi Q ailəsinin yeni üzvü - Audi Q8-i təqdim edib.

Bakı. Ceyhun Ələkbərov - Audi Bakı mərkəzi Q ailəsinin yeni üzvü - Audi Q8-i təqdim edib. Yolsuzluq şəraiti üçün mükəmməl olan Audi Q8 modeli Coupe-SUV seqmentində ən son yüksək texnoloji cihazlar ilə təchiz olunub. Audi Q8 - dörd qapılı Coupe-nin şıqlığını və böyük, praktik SUV-un keyfiyyətlərini özündə birləşdirir. Böyük 5 oturacaqlı cross-coupe, MLB EVO platformasında inşa edilib. Uzunluğu Q7-dən qısa olmasına baxmayaraq yeni modelin enliliyi üstün olduğundan daxildən daha genişdir. V6 silindrli, birbaşa püskürməli, turbo hava soyutma və yüngül hibrid benzin mühərriki ilə təchiz olunan yeni Q8-in 100 km/saat sürət yığmasına 5,4 saniyə sərf olunur, maksimal sürət isə elektronikanın vasitəsilə 250 km/saat göstəricisi ilə məhdudlaşdırılıb. Sərfiyyat baxımından daha əlverişli olan yeni avtomobil, şəhər daxili 100 km məsafəyə cəmi 9,8 litr, şəhərdən kənar isə 9,4 litr yanacaq işlədir. Krossover dartqını ön və arxa təkərlər arasında adi rejimdə 40:60 nisbətində paylaşdıran mexaniki oxlararası differensiala malik "quattro" daimi tam çəkili firma sistemini alıb. Zərurət yarandıqda sistem fırlanma momentini yol örtüyü ilə daha yaxşı təmasda olan təkərlərə yönəltməyə qadirdir. "Audi Q8" standart olaraq tənzimlənən amortizatorlarla təchiz olunub. Opsiya qismində isə modeldə adaptiv pnevmoasqı var.